Xarkova kütləvi hücum olub | VİDEO

Xarkova kütləvi hücum olub    | VİDEO
  06 Oktyabr 2025    Oxunub:417
Gecə saatlarında Rusiya Ukraynanın Xarkov şəhərinə böyük dron hücumu həyata keçirib. Bütün şəhərdə silsilə güclü partlayış səsləri eşidilib.
AzVision.az xəbər verir ki, bu barədə Xarkov şəhərinin meri İqor Terexov öz Telegram-kanalında paylaşım edib.

“Xarkovda partlayışlar, şəhər düşmənin döyüş pilotsuz uçan aparatları tərəfindən hücuma məruz qalır”, - xəbərdə deyilir.

Yerli Telegram-kanallarının məlumatına görə, şəhərdə 10-dan çox partlayış olub.
Bir neçə ictimai qrup da şəhərdə elektrik enerjisinin kəsildiyini bildirir. Ancaq hələ ki, rəsmi təsdiq yoxdur.



Sahil İsgəndərov
AzVision.az


Teqlər: Xarkov   zərbələr  



Xəbər lenti